Menyu

Amerikadan Çatdırılma Amerikadan Sifariş saytları Sunex az

Amerikadan Çatdırılma Amerikadan Sifariş saytları Sunex az

Amerikadan Çatdırılma, Amerikadan Sifariş saytları

 

Amerikadan sifariş indi daha rahatdır.

Hər ay yüzlərlə şəxs geyim, kosmetika və elektronika əşyalarını Amerikadan sifariş edir. Əksər zaman məhsulu Amerikadan sifariş etməklə büdcənizə 2 dəfə qənaət etmiş olursunuz. Sunex.az vasitəsilə siz də Amerika saytlarında bəyəndiyiniz geyim, kosmetika və elektronikanı rahatlıqla əldə edə bilərsiniz. Bunun üçün almaq istədiyiniz məhsulu müəyyənləşdirməniz və çatdırılmasını starex.az-a etibar etməyiniz kifayətdir.

 

Xidmətdən necə istifadə edim?

Amerikadan sifariş üçün ilk olaraq sunex.az saytında qeydiyyatdan keçməyiniz lazımdır. Qeydiyyat ödənişsizdir.

 

Necə sifariş verim?

Hər hansı bir Amerika saytından almaq istəyiniz məhsulu müəyyənləşdirirsiniz. Məhsulu alarkən məhsulu çatdırmaq üçün xarici saytlarda sizdən ünvan tələb olunacaq. Ünvan bölməsinə şəxsi kabinetinizdə "Xaricdəki ünvanlarım" bölməsində qeyd edilmiş Amerika ünvanımızın (bu ünvan sizə özəldir) məlumatlarını daxil edirsiniz. Mağaza sizin sifarişinizi bizim Amerika ünvanımıza çatdırır, biz də sifarişinizi ölkəmizə gətiririk.

 

Amerikada hansı mağazalardan gətirdiyimizi daha detallı “Mağazalar”bölməsində Amerikanı seçərək görə bilərsiniz.

 

AMERİKADAN GƏTİRİLƏ BİLƏN MƏHSULLAR

Siz Amerikadan hər növ geyim, aksesuar ev-məişət əşyaları və müəyyən elektronik məhsulları sifariş edə bilərsiniz. Lakin bu məhsullar arasında bəzi istisnalar mövcuddur. Gəlin bu qadağan olunmuş məhsullarla tanış olaq:

  1. Təzyiq altında olan məhsullar, məsələn, spreylər, boyalar, parfumeriya, hava yastığı, quru şampun;
  2. Tezalışan və partlayıcı maddələr və onların hazırlanması texnologiyasına aid olan materiallar;
  3. Zinət əşyaları, qiymətli metallar və əşyalar;
  4. Batareyalı elektronik məhsullar;
  5. Mobil telefonlar.

Bu məhsulların daşınılması həyata keçirilmir.

Amerikadan Azərbaycana kargo neçəyədir?
Amerikadan sifarişlər üzrə ölkəmizə çatdırılma qiymətləri 1$-dan başlayır. Çəkisi daha yuxarı olan bağlamaların hər kg-a görə çatdırılma ödənişi də daha azdır. Bir geyimin ortalama çəkisi 300 qramdır. Bu o deməkdir ki, siz gətirdiyiniz məhsula görə orta hesabla 7.65 manat (4.50$) xərcləyəcəksiniz. 

 

Sifarişlərim neçə günə gəlir?

Amerikadan Çatdırılma müddəti sifariş verdiyiniz saytdan asılı olaraq dəyişir. Satıcı firmalarda çatdırılma müddəti 3-7 gün aralığında olur. Həftə sonları və rəsmi bayram günləri çatdırılma müddəti uzana bilər. Satıcı firma sizin sifarişinizi bizim xaricdəki anbarımıza çatdırdıqdan 7-10 gün sonra sifarişiniz Bakıya göndərilir. Amerikadan  Azərbaycana çatdırılma həftədə 1 dəfə həyata keçirilir.

Bəs bu alış-verişləri hansı saytlardan etməliyik?

Amerikadan evinizə çatdırılma edəcəyimiz saytlar aşağıdakılardır :

eBay – Amerikanın  digər məşhur və ən böyük onlayn alış-veriş saytlarından biri olan eBay, 1995-ci ildə yaranmışdır. Bu onlayn sifariş saytı istehlakçı-istehlakçı və biznes-istehlakçı satışına əsasən Kaliforniya ştatının San Xose şəhərində yerləşən Amerikanın Koorperasiya şirkətlərindən biridir. Sifarişçilər bu onlayn saytdan istədikləri məhsulu və ya əşyaları sifariş verə bilərlər. Siyahılar vasitəsi ilə müxtəlif çeşidlərdən yararlanmaq mümkündür.

B&H - Geyim, kosmetika və başqa məhsullardan əlavə Amerikadan elektronika sifariş edə biləcəyiniz onlayn alış-veriş saytıdır. Bu onlayn alış-veriş saytından yazma qurğularını, fotoçəkiliş üçün avadanlıqlar və digər aksessuarları sifariş edə bilərsiniz.

Banana Republic- 1978-ci ildə Kaliforniyada yaradılmışdır. Şirkət hərbi tərzdə geyimlərin, habelə səyahət üçün geyimlərin satışını da həyata keçirir. 1983-cü ildə Banana Republic, Amerika şirkəti GAP tərəfindən alındı. Hal-hazırda Banana Republic-in dünyada 500-dən çox mağazası var. Nəcib dizayn və lüks modelleri ilə olduqca səmərəli qiymətə məhsullar  təqdim edən onlayn alış-veriş modanı daha əlçatan edir. Banana Republic, zərif əşyalar və aksesuarlar, ayaqqabı və şəxsi qulluq məhsullarının dizaynı ilə dünyaya səs salan bir brenddir və s.

Türkiyədən sifariş etdiyiniz məhsullar kimi Amerikadan da sifarişlərinizin səmərəli və etibarlı şəkildə sizə çatmasını istəyirsinizsə, Sunex.az kargo şirkətinin saytından qeydiyyatdan keçərək, istədiyiniz məhsulu sifariş edə bilərsiniz.