Menyu

Türkiyədən sifariş, Türkiyədən Alış-veriş saytları

Türkiyədən sifariş, Türkiyədən Alış-veriş saytları

Türkiyədən sifariş, Türkiyədən Alış-veriş saytları

 

Alış-veriş edərkən məhsulların dəyəri və keyfiyyəti arasında tarazlıq qurmağa çalışırıq. Ancaq müasir dünyada yaşam tez bir sürətlə artır və gündən-günə məhsul alışı üçün onlayn alış-veriş edənlərin sayı çoxalır. Eyni zamanda istəklərimiz də artan təklifə uyğunlaşır. Bəs bütün istəklərimizi necə həyata keçirə bilərik? Məhsullarımızı tez bir zamanda, tıxaclarda və növbələrdə vaxt itirməmək üçün sifarişlərimizi Türkiyədən və digər ölkələrədən necə sifariş edə bilərik?

İnternetin gözəl xüsusiyyətlərindən biri də evdən çıxmadan onlayn alış-verişin mümkün olmasıdır. Çox yox, 10 il əvvəl belə bir şeyin ehtimalı fantastik gələ bilərdi, amma texnologiya dövrünün vazkeçilməzlərindən biri də onlayn alış-verişlərdir.

Ənənəvi mağazalardan fərqli olaraq onlayn ticarət saytları müştərilərinə bir çox kampaniya və endirim fürsətləri təklif edir. Vəziyyət belə olduğu halda alış-veriş platformalarının gündən-günə populyarlaşmağa başlamağı təsadüfi deyildi. Əsas sual isə odur ki, hansı saytdan nə almaq daha doğrudur?

Bu məqaləmizdə sizin üçün bir çox fərqli kateqoriyadakı onlayn alış-veriş saytlarını detallı şəkildə analiz edib bir araya topladıq. İlk olaraq fərqli sayt kateqoriyalarını, daha sonra isə qısa və fərqləndirici xüsusiyyətlərini sizlərə təqdim edəcəyik. Elə isə başlayaq!

Qeyd edim ki, Sunex  vasitəsilə bu saytların hər birindən istənilən məhsulu Türkiyədən onlayn sifariş edə bilərsiniz. Necə sifariş edilməsi ilə bağlı bu linkdən məlumat ala bilərsiniz.

 

  1. Trendyol - Türkiyədən onlayn sifariş deyəndə ilk yada düşən saytlardan biri də, şüphəsiz ki, Trendyoldur.  Bu saytın hətta özünün “Milla by Trendyol” brendi də mövcuddur. Çox ucuz qiymətə zövqünüzü oxşayacayaq malları sifariş edə bilər, sürətli karqo funksiyası vasitəsilə onlara tez bir zamanda qovuşa bilərsiniz.
  2. Boyner - Əsasən geyim üzərinə fokuslanmış  Boyner onlayn alış-veriş saytında parfümeriya və aksesuarlar da tapmaq olar. Rəqiblərindən ən böyük fərqi isə sayt içində outlet-in olmasıdır.
  3. N11-  Türkiyənin onlayn alış-veriş saytlarından biri də hər ilin 11-ci ayı 11-ci günündə təklif etdiyi böyük endirimlərlə müştərilərini sevindirən n11-dir. Bu onlayn mağazada siz məişət əşyalarından texnoloji cihazlara, geyimdən idman ləvazimatlarına qədər bir çox fərqli kateqoriyaya aid məhsulları tapa bilərsiniz.
  4. Hepsiburada.com - İnternetdən alış-veriş mövzusunda ən köklü saytlardan biridir. 12,7 milyondan çox məhsul çeşidi ilə axtardığınız hər şeyi tapa bilərsiniz. Onu da qeyd edək ki, 2013-cü ildə Türkiyənin ən yaxşı onlayn alış-veriş saytı seçilərək müştərilərinin güvənini qazandı və qazanmağa davam edir.
  5. Çiçeksepeti - Kosmetik məhsullardan elektronik əşyalara kimi çox növdə məhsulu Çiçeksepeti.com saytınnan tapa bilərsiz.
  6. Morhipo - Həm saytı ,həm də mobil proqramı ilə geyim kateqoriyalarına fokuslanan  Morhipo, davamlı keçirdiyi fərqli kampaniyalar ilə geyim alış verişi üçün seçiləcək saytların başında gəlir
  7. Koton - Koton.com saytı isə Türkiyədə keyfiyyət baxımından hər zaman digərlərindən fərqlənir. Burada qiymətlər digər markalara nisbətdə biraz yüksək olsa da hər zaman müştəriləri tərəfindən öz çevrələrinə önərilən markalardandır. Markanın istehsal olunması üçün istifadə olunan material isə həqiqi mənada bir çox digər markaya üstünlük sağlayacaq dərəcədədir
  8. Koçtaş - 1996-ci ildən Türkiyə bazarında olan firma 2005-ci ildə ilk onlayn mağazasını açdı. Saysız ev dekorasiyası, mətbəx və bağ əşyaları tapa biləcəyiniz saytda  Avropanın öndə gedən markalarının məhsulları da mövcuddur.
  9. Evidea - Evi üçün alış-veriş etməyi sevənlər, evinə dizaynerə ehtiyac duymadan hər zövqə uyğun dekorativ dəyər qatmaq istəyən şəxslər üçün Evidea onlayn mağazası vazkeçilməzdir. Ev dekoru ilə bağlı ən yeni trendləri bu onlayn alış-veriş saytı vasitəsilə izləyə bilərsiniz.
  10. D&R Store - Mahiyyət olaraq Kitapyurdu ilə eyni sektorda xidmət edən D&R onlayn kitab alış-veriş saytının əsas fərqləndirici xüsusiyyəti elektronika, hədiyyəlik əşyalar və idman ləvazimatlarının satışı ilə bağlıdır. Əlavə olaraq tez-tez keçirilən endirim kampaniyalarını da yaddan çıxarmamaqda fayda var.